
Press-relizlər / 24.11.2022 / 15:17
Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Poştbinə kənd 1 saylı tam orta məktəbində "Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Elməddin Atakişiyev, RİH-nin nümayəndəsi Aynur Omarova, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə qarşı təhdidlərdən bəhs edilib. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirləri qeyd olunub.
Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.