Balakəndə "Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusu müzakirə olunub

Press-relizlər / 24.11.2022 / 15:17

Noyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Balakən Rayon İcra Hakimiyyəti (RİH) və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Poştbinə kənd 1 saylı tam orta məktəbində "Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" mövzusunda  tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbənin baş məsləhətçisi Elməddin Atakişiyev, RİH-nin nümayəndəsi Aynur Omarova, məktəbin müəllim və yuxarı sinif şagirdləri  iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə qarşı təhdidlərdən bəhs edilib. Ölkəmizdə dini radikalizmə qarşı həyata keçirilən mübarizə tədbirləri qeyd olunub.

Sonda tədbir iştirakçılarına maarifləndirici ədəbiyyat paylanılıb.

 


Son baxılan xəbərlər

Göygöldə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusu müzakirə olunub

Press-relizlər
02.03.2022 / 17:42
Ətraflı oxu

Bölgələrdə Məhərrəm ayı ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
03.08.2022 / 16:11
Ətraflı oxu

Gəncliyimizi zərərli vərdişlərdən qoruyaq!

Press-relizlər
26.11.2019 / 15:35
Ətraflı oxu

“Mənəvi dəyərlərimiz: Sülh və humanizmə baxış" mövzusu müzakirə edilib

Xəbərlər
23.09.2021 / 13:53
Ətraflı oxu

Zaqatalada “Milli-mənəvi və dini dəyərlərimiz” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
16.10.2018 / 16:52
Ətraflı oxu

Gədəbəydə "Zərərli vərdişlərə qarşı mübarizədə milli-mənəvi dəyərlərin rolu" mövzusunda tədbir keçirilib

Xəbərlər
10.03.2022 / 17:51
Ətraflı oxu