Qusarda “Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda tədbir keçirilib

Press-relizlər / 24.11.2022 / 12:00

“Dünyəvi dövlətdə dini maarifçilik işinin təşkili” mövzusunda növbəti seminar-treninq 23 və 24 noyabr tarixlərində Qusar rayonunda keçirilib.
Din xadimləri, dini icma üzvləri və rayon ziyalılarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan RİH başçısı Aparatının İctimai-siyasi və humunitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarlarla işin təşkilatçısı Ceyhun Hacıyev vurğulayıb ki, respublikamızda nümunəvi dövlət-din münasibətləri, dinlərarası və məzhəblərarası həmrəylik mövcuddur. C. Hacıyev ölkəmizdə olan milli birliyin qorunub saxlanılması, daha da gücləndirilməsinin vacibliyinə diqqət çəkib.
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında qeyd edib ki, Azərbaycan bütün vətəndaşlara dini etiqadlarını sərbəst şəkildə həyata keçirmələri üçün lazımi şərait yaradıb. Sədr müavini vurğulayıb ki, respublikamızda xalqın keçmişinə, milli-mənəvi dəyərlərinə qayğı göstərilir, milli bayramlarla yanaşı, dini bayramlar da dövlət səviyyəsində qeyd edilir. Mövcud olan dini etiqad azadlığı insanpərvərlik prinsiplərinə zidd olmayan dinlərin və dini cərəyanların ölkəmizdə sərbəst fəaliyyətinə zəmanət verir.

G. İsmayılov onu da deyib ki, dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır. Sədr müavininin sözlərinə görə, müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, eləcə də dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır: “Bu gün İslam dünyasındakı məzhəb qovğasının kökündə cahillik dayanır. Yalnız müsəlmanların elmi – istər dini, istər dünyəvi -  artdıqca məzhəbçilik, cahillik aradan qalxa bilər. Buna gedən yeganə yol isə maariflənmədən keçir”. 

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Naib Səttarov, Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov və başqaları çıxışlarında bildiriblər ki, ölkəmiz bütün dini etiqadları və etnik azlıqları ehtiva etməklə dinlərarası dialoqun kəsişdiyi bir məkan kimi öz varlığını təsdiqləyib. Vurğulanıb ki, respublikamız daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlət modelini sərgiləyib.
İki günlük seminar-treninq iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə işini yekunlaşdırıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsi daha 16 dini icmaya maliyyə yardımı ayırdı

Press-relizlər
22.05.2017 / 16:27
Ətraflı oxu

Müasir qloballaşma şəraitində multikulturalizm və insan hüquqlarının müdafiəsi

Multikulturalizm
04.04.2016 / 09:52
Ətraflı oxu

Samuxda “Vətənpərvər gəncliyin dini radikalizmə qarşı mübarizəsi" mövzusunda tədbir keçirilib

Press-relizlər
25.04.2018 / 14:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Göygöldə vətəndaşları qəbul edəcək

Press-relizlər
23.06.2016 / 12:07
Ətraflı oxu

Ağdaşda "Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib

Press-relizlər
23.09.2021 / 13:03
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Modern.az saytına müsahibə verib

Müsahibələr
12.01.2015 / 09:54
Ətraflı oxu