
Press-relizlər / 24.11.2022 / 10:34
Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Rayon Polis Şöbəsi, Rəhim Tağıyev adına rayon Tarix-Diyarşünaslıq muzeyi və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşı Samid Əliyev, təşkilatçı qurumların məsul əməkdaşları və kollecin tələbələri iştirak ediblər.
Daha bir tədbir isə Gəncə şəhəri 29 saylı tam orta məktəbində baş tutub. Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, İnsan Hüquqları üzrə Müvəkkilin Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Vüsalə Balayeva, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Daha bir maarifləndirmə tədbiri Abşeron rayonu ərazisində yerləşən Zəngilan 5 saylı tam orta məktəbində keçirilib. Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları Rəşad Şahməmmədov, Yavər Museyibov, məktəbin müəllim və şagirdləri iştirak ediblər. DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, Yardımlı RPŞ-nin rəisi Arif Babayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev, müəllim və şagirdlərin iştirakı ilə rayonun N.Cəbiyev adına Çayüzü kənd tam orta məktəbində də maarifləndirmə tədbiri keçirilib.
Ucarda keçirilən tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, RPŞ-nin rəisi Valik Vəlimətov, müəllim və şagirdlər, Siyəzəndə baş tutan tədbirdə isə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Gənclər evinin direktoru Nərmin Hüseynova, Rayon Polis Şöbəsinin əməkdaşları Fərahim Qasımov və İlqar Hüseynov, Rayon İcra Hakimiyyətinin işçisi Günel Ağayeva, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda dini radikalizm, erkən nikah, narkomaniya kimi cəmiyyəti narahat edən problemlərdən danışılıb. Bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti yüksək qiymətləndirilib.