Xaçmazda “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminar keçirilib

Xəbərlər / 23.11.2022 / 14:50

22-23 noyabr tarixlərində Xaçmaz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Azərbaycan qadınının tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında rolu” mövzusunda seminar keçirilib.

Fəal qadınlar, təhsil işçiləri, psixoloqlar, gənclər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən seminarın məqsədi dini maarifçilik işinin həyata keçirilməsində dini radikalizm və xurafatla mübarizə, o cümlədən milli-mənəvi və tolerant dəyərlərin təbliğində qadınların fəal iştirakına dəstək vermək, bu sahədə onları istiqamətləndirməkdir.

Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi  Yaqut Məsimova mövzu ilə bağlı fikirlərini bölüşərək, qadınların cəmiyyətin inkişaf prosesində tam iştirak etməsi üçün təhsilli və savadlı olmasının zəruriliyi, eyni zamanda qızların təhsildən yayınmasının acı nəticələri, dini radikalizm, cəhalət və xurafata qarşı mübarizədə ən effektiv vasitə olan maarifləndirmə prosesində qadınların roluna toxunublar.

Dövlət Komitəsinin əməkdaşı Aysel Abdullayeva isə dini radikalizm, erkən nikah, xurafat və yaratdığı problemlər, eyni zamanda bütün bunlarla mübarizə istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.

Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Ailə dəyərləri” sənədli filminin, eləcə də “Dövlət və din” videoçarxının nümayiş edildiyi ikigünlük seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.


Son baxılan xəbərlər

“Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.02.2017 / 10:46
Ətraflı oxu

Gəncədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.07.2022 / 11:35
Ətraflı oxu

Lerikdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər mövzusu müzakirə edilib

Press-relizlər
01.07.2022 / 17:02
Ətraflı oxu

Dövlət Komitəsinin Aparat rəhbəri: “Din sahəsində üzləşdiyimiz bir sıra təhdid cəhdləri var ki, ...

Açıqlama
07.07.2022 / 10:28
Ətraflı oxu

Dini radikalizm İslam həmrəyliyinə və tolerantlıq prinsiplərinə ziddir

Press-relizlər
28.02.2018 / 16:25
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin sədri: Erməni kilsəsi öz aqressiv münasibətini və qızışdırıcı fəaliyyətini davam etdirməkdədir

Açıqlama
28.10.2020 / 12:01
Ətraflı oxu