Bakıda və bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib

Press-relizlər / 17.11.2022 / 09:15

Respublikamızda “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirilib.

Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 saylı tam orta məktəbdə keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Nuran Nurullayev, Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndəsi Günel Ağayeva, müəllim və şagirdlər, Qubada baş tutan tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Quba RİH-nin əməkdaşı  Elşad Əliyev, ziyalılar, gənclər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ağstafa rayon 3 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə isə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Ağstafa RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsa Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Hacıqabul şəhərində də maarifləndirmə tədbiri keçirilib. Baş tutan tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Sadiq Məmmədov, Hacıqabul rayonunun din xadimləri və dini icma sədrləri iştirak ediblər.

UcarZərdabda keçirilən tədbirlərdə isə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Sədi Hüseynov, Ucar RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə, rayon Gənclər və İdman İdarəsinin rəisi Əhlimam İbrahimov, Ucar Rayon Polis Şöbəsinin əməkdaşı Xəqani  Vahidov, rayon Prokurorluğunun əməkdaşı Aysel Həsənova, Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı Xəyal Məmmədli, gənclər, orta məktəb psixoloqları, eləcə də məktəblilər iştirak ediblər. 

Bakı şəhəri, Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə isə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov, Bayram İsmayılov, Şirvan Süleymanov, RİH-nin nümayəndələri və məktəblilər iştirak ediblər.

Masallı Yardımlı rayonlarında da maarifləndirmə tədbirləri baş tutub. Tədbirlərdə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, şöbənin əməkdaşları, Rəhim Tağıyev adına Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva, Yardımlı rayon Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabıyev, rayon Polis Şöbəsinin əməkdaşı Tural Quliyev,  müəllim və şagirdlər iştirak ediblər.

DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Salyan RİH-nin nümayəndəsi Sevinc Səmədova, ziyalılar, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə Salyan rayonunda maarifləndirmə tədbiri keçirilib.

Çıxışlarda erkən nikah problemi, yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması və s. mövzular barədə müzakirələr aparılıb. Respublikamızda uşaq hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışılıb.


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Lənkəranda “İslam həmrəyliyi və müasirlik” mövzusunda maarifləndirici tədbir təşkil olunub

Press-relizlər
27.07.2017 / 16:25
Ətraflı oxu

Gündüz İsmayılov: "Azərbaycan dinlərarası dialoqun təbliği və təşviqi istiqamətində uğurlu siyasət aparır"

Açıqlama
29.03.2016 / 18:18
Ətraflı oxu

Amil Cavadov: Birgəyaşayış bizim qürur duyduğumuz sərvətimizdir

Xəbərlər
01.07.2020 / 10:00
Ətraflı oxu

“Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
14.12.2017 / 16:00
Ətraflı oxu

Lənkəranda “Şeyxülislam Allahşükür Paşazadə-70: mənəviyyata həsr olunmuş ömür” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
10.06.2019 / 09:47
Ətraflı oxu