Dövlət Komitəsi: İrandan Azərbaycana qarşı dini mövqedən təhdidlər yeni məsələ deyil

Açıqlama / 14.11.2022 / 14:49

“İran İslam Respublikası tərəfindən Azərbaycana qarşı dini mövqedən yönləndirilən təhdidlər yeni məsələ deyil. Biz bunu müstəqilliyimizin ilk illərindən hiss etməkdəyik”. 

Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov deyib.

O bildirib ki, buna qarşı da aidiyyəti dövlət orqanları, o cümlədən təhlükəsizlik orqanları tərəfindən həmişə xüsusi tədbirlər keçirilib və bu proses daima diqqət mərkəzində saxlanılır.

“Ümumiyyətlə, təcrübə onu göstərir ki, xaricdə dini təhsil almaq özünü doğrultmur. Çünki o ölkələrdə verilən təhsil özlərinin siyasətinə xidmət edir, orada təhsil alan insanlar da istər-istəməz yad dini ideologiyanın təsirinə məruz qalırlar. Artıq 2018-ci ildən Azərbaycanda İlahiyyat İnstitutu fəaliyyət göstərir və bizim milli dini kadrlarımız formalaşır”, - o əlavə edib.

Dövlət Komitəsi sədrinin müavini İran hökumətinə çalışan casus şəbəkələrinin ifşa edilməsinə də münasibət bildirib. O qeyd edib ki, belə fəaliyyətlər həmişə olub: “Bu gün dövlət təhlükəsizlik orqanlarının peşəkarlığı o səviyyədədir ki, bundan sonra da belə aktiv tədbirlər keçiriləcək və ölkəmizə qarşı təhdidlərin qarşısı zamanında alınacaq. Birmənalı deyə bilərik ki, Azərbaycanda əməliyyat şəraiti, o cümlədən dini təhlükəsizlik məsələləri kifayət qədər diqqət mərkəzində saxlanılır. Lazım gəldikcə zəruri tədbirlər keçiriləcək”.

apa.az

 

Son baxılan xəbərlər

“Azərbaycanın multikultural mühitinə təhdidlər: erməni vandalizmi və soyqırımı siyasəti – son 100 il” adlı ...

Press-relizlər
29.03.2018 / 17:38
Ətraflı oxu

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı çapdan çıxıb

Multikulturalizm
06.02.2016 / 09:41
Ətraflı oxu

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
11.03.2022 / 16:21
Ətraflı oxu

Zaqatalada “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub

Press-relizlər
12.08.2021 / 15:21
Ətraflı oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
20.09.2017 / 15:26
Ətraflı oxu

Xocalı soyqırımı: erməni terrorizmi İslam həmrəyliyi fonunda

İSLAM HƏMRƏYLİYİ İLİ
25.02.2017 / 11:48
Ətraflı oxu