Annenfeld Alman Lüteran kilsəsində tədbir keçirilib

Xəbərlər / 05.11.2022 / 10:47

Ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasında harmoniya və qarşılıqlı anlaşmanın inkişafı istiqamətində fəal siyasət aparılır. Azərbaycanda yaşayan  müxtəlif dinlərə və məzhəblərə mənsub insanların dostluq və qardaşlığının, eləcə də tolerant dəyərlərin möhkəmlənməsi məqsədilə həyata keçirilən tədbirlərə yüksək səviyyədə dəstək verilir.

Bu qəbildən layihələrin davamı olaraq noyabrın 4-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Xilaskar Yevangelik-Lüteranların Bakı dini icması ”Reformasiya”nın 505 illik yubileyi müansibətilə Şəmkir rayonunda yerləşən Annenfeld Alman Lüteran kilsəsində tədbir keçirib.

Tədbirdə  “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostal Prefekturası”, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası,  Bakı şəhəri “Molokan ruhani-xristian”, “Yeddinci Günün Adventistləri”, “Xilaskar Yevangelik-Lüteranlar”, “Həyat Sözü - 2” Sumqayıt xristian dini icması, “Vineyard”, “Azərbaycan Bibliya Cəmiyyəti”, Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini qurumlarının nümayəndələri iştirak ediblər.

Çıxışçılar ölkəmizdə yaşayan digər xalqların, dini konfessiyaların  irsinin qorunub saxlanmasına dövlət dəstəyini və qayğısını vurğulayaraq Azərbaycanın multikultural və tolerant dəyərlərinin dünyaya örnək olduğunu bildiriblər.

Qeyd edilib ki, tarixən Azərbaycan ərazisində yaşayan etnik və dini icmalar arasında sıx münasibətlər formalaşıb, heç bir milli, irqi və dini ayrı-seçkilik mövcud olmayıb. Azərbaycan birgəyaşayış sahəsində unikal təcrübəyə malikdir. Bu təcrübəni xalqımız hələ “multikulturalizm” məfhumunun yaranmasından əvvəl, əsrlərboyu toplayıb və zənginləşdirib. Eyni zamanda vurğulanıb ki, Azərbaycan dövləti ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasında dini dözümlülük və qarşılıqlı anlaşmanın inkişafı istiqamətində fəal siyasət aparır.

Daha sonra dini icmanın pastoru Qotxard Lemkenin iştirakı ilə dini ayin icra edilib.

Tədbirin sonunda lüteran kilsəsinin fəaliyyətinə həsr edilmiş  film təqdim olunub.

Qeyd edək ki, səfər çərçivəsində Göygöl şəhərindəki Müqəddəs İohann lüteran kilsəsi də ziyarət edilib.


Son baxılan xəbərlər

Dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
12.08.2015 / 17:46
Ətraflı oxu

Zərdabda “Dini radikalizm, terrorizm və ekstremizm” mövzusunda tədbir keçirilib

Xəbərlər
14.09.2023 / 09:38
Ətraflı oxu

Prezident İlham Əliyev: “Azərbaycanda milli və dini tolerantlıq yüksək dərəcədə təmin edilir”

Xəbərlər
27.11.2018 / 10:10
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

Press-relizlər
15.11.2019 / 18:08
Ətraflı oxu

Masallıda “Sülh və birgəyaşayışın əsas şərtləri” müzakirə edilib

Xəbərlər
12.09.2023 / 16:26
Ətraflı oxu

Azərbaycanda yeni “Moizələr və xütbələr” kitabı nəşr olunub

Press-relizlər
06.09.2017 / 16:59
Ətraflı oxu