Şəkidə din xadimi olmaq istəyən namizədlərlə görüş keçirilib

Press-relizlər / 01.11.2022 / 16:49

Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki şəhər mərkəzi “Cümə” məscidinin nəzdində fəaliyyət göstərən Mərkəzi qız Quran kursunun birgə təşkilatçılığı ilə din xadimi olmaq istəyən namizədlərlə görüş keçirilib.

DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Calalzadə, kursun müəllim və tələbələrinin iştirak etdiyi görüşdə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər izah edilib. Müsahibə komissiyasının tərkibinin formalaşdırılması, reqlamenti və müsahibənin keçirilməsi qaydası və lazım olan sənədlərin siyahısı diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Son baxılan xəbərlər

Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
01.02.2019 / 15:48
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.03.2020 / 15:04
Ətraflı oxu

“Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusu müzakirə olunub

Press-relizlər
19.05.2021 / 16:40
Ətraflı oxu

Mübariz Qurbanlı: “Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”

Açıqlama
30.11.2015 / 18:24
Ətraflı oxu

Məktəblərdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
06.12.2017 / 16:24
Ətraflı oxu

Qəbələdə “Məişət zorakılığının qarşısının alınması və onunla mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
31.05.2021 / 13:18
Ətraflı oxu