
Press-relizlər / 01.11.2022 / 16:49
Noyabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsi və Şəki şəhər mərkəzi “Cümə” məscidinin nəzdində fəaliyyət göstərən Mərkəzi qız Quran kursunun birgə təşkilatçılığı ilə din xadimi olmaq istəyən namizədlərlə görüş keçirilib.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Minarə Calalzadə, kursun müəllim və tələbələrinin iştirak etdiyi görüşdə İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər izah edilib. Müsahibə komissiyasının tərkibinin formalaşdırılması, reqlamenti və müsahibənin keçirilməsi qaydası və lazım olan sənədlərin siyahısı diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.