Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın geniş iclası keçirilib

Xəbərlər / 09.12.2015 / 11:30

08 dekabr 2015-ci il tarixdə Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın geniş iclası keçirilib. Hüquq-mühafizə orqanları, din xadimləri, ali və orta təhsil müəssisələrinin rəhbərləri, bələdiyyə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov respublikamızda mövcud olan dövlət-din münasibətləri, dinlərarası dialoq, dinlərarası tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasətindən bəhs edib. Ümummilli Liderimiz Heydər Əliyevin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyətin bəhrəsini hər bir vətəndaşımız görür və kursu layiqincə davam etdirən Prezident İlham Əliyevin dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində apardığı məqsədyönlü siyasət nəticəsində Azərbaycan tolerantlığı ilə bu gün bütün dünyaya örnəkdir. Ölkəmizdə mühüm rol oynayan strateji amillərdən biri ictimai-siyasi sabitlikdir. Mövcud olan milli həmrəylik, xalq-iqtidar birliyi ölkəmizin milli gücünün  artmasında ifadə olunur.
Təəssüflə qeyd edilib ki, Azərbaycanın inkişafından narahatlıq duyan bəzi xarici qüvvələr ölkəmizdə əlaltıları vasitəsi ilə sabitliyi pozmağa, hətta Konstitusiya quruluşunu dəyişmək üçün təxribatçı və illeqal fəaliyyət göstərir, hüquqazidd əməllərə yol verirlər. Nardaran qəsəbəsində “Müsəlman Birliyi” adlı hərəkatın din pərdəsi altında bir qrup radikal ekstremist təfəkkürlü ünsürlərlə təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyə hazırlaşması vurğulanıb və bu hallara qarşı hamının ayıq-sayıqlıqla mübarizə aparmasının, xüsusi ilə gənclərin sağlam təlim-tərbiyəsinin xalqa, vətənə, dövlətimizə sədaqət hissləri ilə inkişafının zəruriliyi qeyd edilib.
Tədbirdə çıxış edən Nəsimi rayon prokuroru Salman Məmmədli qanunların aliliyinin təmin edilməsi, ölkə Prezidentinin siyasi iradəsinin reallaşması yolunda respublikamızın hüquq-mühafizə orqanlarının məqsədyönlü fəaliyyətindən danışaraq ekstremizmə, terrora, qeyri-sabitliyə cəhdlərin qarşısının qətiyyətlə alınmasına hazır olduğunu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Aran və Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev qeyd ediblər ki, ölkəmiz demokratik prinsiplərlə inkişaf edən tolerant bir məkandır və dövlətimiz tərəfindən bütün dinlərə və təriqətlərə sağlam fəaliyyət üçün şərait yaradılıb. 
Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri məsələ ətrafında geniş müzakirə apararaq, din pərdəsi altında Nardaran qəsəbəsində “Müsəlman Birliyi” adı ilə bir qrup silahlı cinayətkar dəstənin dinc qəsəbə sakinlərinə təzyiq göstərərək zorakı yollarla əhalinin məcburi şəkildə hakimiyyətə qarşı radikal çıxış etmələrini, nəzarətlərində olan saytlar və sosial şəbəkələr vasitəsi ilə sövq etmələrini, terrorçuluq fəaliyyətlərini qətiyyətlə pisləyiblər.
    


Son baxılan xəbərlər

“Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında təhsilin əhəmiyyəti” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
21.04.2021 / 10:20
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Göygöldə vətəndaşları qəbul edəcək

Press-relizlər
23.06.2016 / 12:07
Ətraflı oxu

Dövlət Komitəsində “Yehovanın Şahidləri”nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər
13.12.2019 / 15:01
Ətraflı oxu

“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir baş tutub

Xəbərlər
06.12.2018 / 10:06
Ətraflı oxu

"Qarabağa doğru Haqqın və haqqımızın səsi" Türkiyə mediasında (Video)

Xəbərlər
23.02.2013 / 01:12
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
28.08.2019 / 12:20
Ətraflı oxu