Azərbaycan Vaşinqtonda keçirilən qlobal sülh və təhlükəsizliklə bağlı beynəlxalq konfransda təmsil olunub

Press-relizlər / 27.10.2022 / 09:45

Vaşinqtonda “Qlobal sülh və təhlükəsizlik naminə dinlərarası harmoniya” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans ABŞ-nin Briqam Yanq Universitetinin tabeliyindəki Hüquq və Dini Araşdırmalar üzrə Beynəlxalq Mərkəzi, Amerika Katolik Universitetinin Kolumbus Hüquq Məktəbi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşıb. Tədbirdə beyin mərkəzlərinin, müxtəlif dini qurumlar, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Amerika Katolik Universitetində təşkil edilən konfransda “Simon Wiesenthal” Mərkəzinin sədr müavini Abraham Kuper, ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Schneier, xoşməramlı səfir və BMT-nin Təcrübəçi və Təqaüdçülərinin Dünya Assosiasiyaları üçün Sülh və İnkişaf üzrə xüsusi elçisi keşiş Art Uilson, Türkiyənin ABŞ-dakı səfiri Hasan Murat Mercan, Vaad L'Hatzolas Nidchei Yisroel təşkilatının prezidenti Ravvin Efraim Hasenfild, Amerika Dəyanət Mərkəzinin direktoru professor Hafiz Ahmet Salih Bayraktar, professor Robert A.Destro, DQİDK sədrinin müavini Sahib Nağıyev, Bakı Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və digərləri çıxış ediblər. Natiqlər “Davamlı İnkişaf və Sülh üçün Dinlərarası Harmoniya: Dini baxımdan çoxluq və azlıq anlayışı” və “Multikultural və dini təhlükəsizliyin qorunmasında dinlərarası dialoqun rolu” mövzularında öz fikirlərini bildiriblər.

Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov və Azərbaycan Respublikasının ABŞ-dəki səfiri Xəzər İbrahimin bağlanış nitqi ilə başa çatıb.

Konfransda “Müxtəlif inanclar, ortaq dəyərlər” adlı fotosərgi də nümayiş etdirilib.


Son baxılan xəbərlər

Gündüz İsmayılov: “DQİDK dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində ...

Press-relizlər
25.09.2019 / 12:18
Ətraflı oxu

Kürdəmirdə "Dini ekstremizm və onun fəsadları" mövzusunda tədbir keçirilib

Press-relizlər
01.02.2023 / 15:26
Ətraflı oxu

Qubada “Sülh aylığı”na həsr edilmiş tədbir keçirilib

Press-relizlər
05.09.2019 / 17:00
Ətraflı oxu

Qaxda narkomaniya əleyhinə maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
05.11.2019 / 17:04
Ətraflı oxu

Dövlət Komitəsinin sədri ABŞ yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb

Press-relizlər
30.10.2019 / 15:54
Ətraflı oxu

Ağsuda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
30.01.2023 / 12:19
Ətraflı oxu