Yardımlıda “Zərərli vərdişlərə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib

Xəbərlər / 21.10.2022 / 12:24

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Yardımlı rayon Gənclər və İdman İdarəsi və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə N.B.Cəfərov adına Avaş kənd tam orta məktəbində “Zərərli vərdişlərə qarşı mübarizədə təhsilin rolu” mövzusunda tədbir keçirilib.

Maarifləndirmə məqsədi daşıyan tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov, Yardımlı Gənclər və İdman İdarəsinin rəisi Şəhriyar Şabiyev və RPŞ-nin əməkdaşı Tural Quliyev, məktəbin direktoru Rafiq Əliyev, müəllim və şagirdlər iştirak ediblər.

Tədbiri Yardımlı rayonu N.B.Cəfərov adına Avaş kənd tam orta məktəbin direktoru Rafiq Əliyev açaraq cəmiyyətdə zərərli vərdişlərin və narkomaniyanın törətdiyi fəsadlardan danışıb.

DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərvin İmanov narkomaniyanın, o cümlədən zərərli vərdişlərin törətdiyi bəlaların qarşısının alınması və bu sahədə aparılan genişmiqyaslı tədbirlərdən bəhs edib.

Digər natiqlər isə çıxışlarında zərərli vərdişlər və narkomaniya ilə mübarizədə milli-mənəvi dəyərlərin rolundan söhbət açaraq gənclər arasında maarifləndirmə işinin aparılmasının əhəmiyyətini qeyd ediblər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dövlət Komitəsi Sumqayıtda xeyriyyə aksiyası keçirib (Foto)

Press-relizlər
18.03.2013 / 14:58
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Xəbərlər
11.08.2023 / 16:52
Ətraflı oxu

Ucarda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
30.09.2019 / 16:28
Ətraflı oxu

Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
19.10.2023 / 16:10
Ətraflı oxu

Amerikalı jurnalist:"Azərbaycana gələn hər kəs insanlar arasında harmoniyanın mümkünlüyünə əmin olur"

Xəbərlər
22.06.2017 / 11:40
Ətraflı oxu

Gəncədə “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar baş tutub

Xəbərlər
06.04.2022 / 16:03
Ətraflı oxu