
Xəbərlər / 13.10.2022 / 15:28
Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Sumqayıt Şəhər Baş Polis İdarəsinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi 19 saylı tam orta məktəbdə “Dini radikalizm ideoloji təhlükə kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşları Ülvi Məmmədov, Xalid Paşayev, Sumqayıt Şəhər Baş Polis İdarəsinin inspektoru Rəşad Dadaşlı, məktəbin direktoru Pərvanə Ramazanova, müəllim və şagirdlərin iştirakı ilə baş tutan tədbirin keçirilməsində məqsəd yeniyetmə və gəncləri cəmiyyət üçün narahatlıq doğuran və din pərdəsi altında radikal, ekstremist meyilləri təbliğ edən, dövlət-din münasibətlərini pozmaqla ideoloji təhlükə yaradan, xalqın tarixi dəyərlərinə, milli düşüncə sisteminə zərbə vurmağa istiqamətlənmiş zərərli dini cərəyanlar, dini radikalizmin mahiyyəti və onun fəsadları barədə məlumatlandırmaq olub.
Çıxışlarda dini radikalizmin yaranma səbəbləri, təbliğat və onlara qarşı mübarizə metodları geniş şərh edilib.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.