Zaqatalada “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə olunub

Press-relizlər / 10.10.2022 / 15:41

Oktyabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədov adına Zaqatala şəhər 5 №-li tam orta məktəbində “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri İlqar Vəliyev, rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi İlqar Qədimov, məktəbin müəllim və  şagirdləri iştirak ediblər.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb, məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillərdən bəhs olunub. Gənclərimizin vətənpərvərlik, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hissi ilə tərbiyə edilməsi vurğulanıb.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Oxu” sənədli filmi nümayiş etdirilib, maarifləndirici ədəbiyyat paylanılıb.


Son baxılan xəbərlər

Yardımlıda "Narkomaniyaya qarşı mübarizədə din amili" mövzusunda tədbir keçirilib

Press-relizlər
10.10.2018 / 17:26
Ətraflı oxu

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda Pir Həsən ziyarətgahını ziyarət edib

Press-relizlər
20.05.2019 / 12:30
Ətraflı oxu

Prezident İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub

Xəbərlər
24.01.2019 / 10:20
Ətraflı oxu

“Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda seminar-treninq işə başlayıb

Xəbərlər
14.12.2022 / 15:20
Ətraflı oxu

Şəkidə maarifləndirici tədbir keçirilib

Press-relizlər
26.12.2019 / 13:56
Ətraflı oxu

Bakıda “Dini və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
31.01.2019 / 17:31
Ətraflı oxu