DSX-nin Sərhəd Nəzarətində dini radikalizmlə mübarizəyə həsr edilmiş seminar keçirilib

Xəbərlər / 29.09.2022 / 11:18

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Dövlət Sərhəd Xidməti (DSX) arasında imzalanmış  Tədbirlər Planına uyğun olaraq sentyabr ayının 28-də DSX-nin Sərhəd Nəzarətində “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda növbəti seminar keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin və Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların xatirəsinə ucaldılmış abidəni ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

DQİDK-nın sədr müavini Səyavuş Heydərov çıxış edərək, dini radikalizmin mahiyyəti və onunla mübarizə yollarından danışıb. Azərbaycanda dini radikalizmə qarşı fəal və məqsədyönlü maarifləndirmə işlərinin aparılması, gənclərin radikal dini cərəyanların təsirindən qorunmasının vacibliyi, eyni zamanda dini radikalizmin fəsadları barədə geniş məlumat verib.

Tədbirdə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın multikulturalizm, tolerantlıq dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının dövlət siyasəti səviyyəsində həyata keçirildiyi, hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyi bildirilib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində müxtəlif xalqlara və dinlərə mənsub Azərbaycan vətəndaşlarının çiyin-çiyinə döyüşmələri, “Dəmir Yumruq” ətrafında həmrəylik nümayiş etdirmələrinin bu istiqamətdə həyata keçirilən uğurlu dövlət siyasətinin məntiqi nəticəsi olması vurğulanıb.

Seminarda ölkəmizdəki tolerantlıq ənənələrinə, dini etiqadı siyasiləşdirməklə milli təhlükəsizliyimizə və mənəvi dəyərlərimizə təhlükə yarada bilən meyillərlə mübarizədə hər bir vətəndaşın həssaslıq göstərməsinin vacibliyi qeyd olunub.

Tədbirin sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında hazırlanmış “Dəmir yumruq” sənədli filmi şəxsi heyətə nümayiş etdirilib.


Son baxılan xəbərlər

"Azərbaycan ailəsi pandemiya və post-pandemiya dövründə: sosial-mədəni, psixoloji məqamlar" adlı video-konfrans keçirilib

Press-relizlər
15.05.2020 / 15:22
Ətraflı oxu

Səyavuş Heydərov: Əsas vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır

Press-relizlər
17.08.2018 / 15:55
Ətraflı oxu

Masallıda "Dini radikalizm, narkomaniya və erkən nigah dövrümüzün bəlasıdır" mövzusunda tədbir keçirilib

Press-relizlər
14.11.2018 / 12:56
Ətraflı oxu

Qubada bölgənin din xadimləri Bayraq muzeyində olublar

Press-relizlər
07.11.2018 / 16:40
Ətraflı oxu

Bərdədə “Dini maarifçiliyin təşkilində qadınların yeri və rolu” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
26.04.2019 / 16:57
Ətraflı oxu

Goranboyda “N” saylı hərbi hissədə milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə görüş keçirilib

Xəbərlər
17.06.2022 / 16:07
Ətraflı oxu