Qubada "Zəfərə aparan yol: milli və dini həmrəylik" mövzusu müzakirə olunub

Press-relizlər / 28.09.2022 / 16:28

Sentyabrın 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti və İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin birgə təşkilatçılığı ilə Quba rayonunun Alpan kəndində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal Regional Mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb, 44 günlük Vətən müharibəsində ölkəmizin əldə etdiyi Zəfərdə milli və dini həmrəyliyin rolundan bəhs olunub. Torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb.


Son baxılan xəbərlər

Göygöldə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ...

Xəbərlər
22.11.2018 / 17:50
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Press-relizlər
23.10.2018 / 17:45
Ətraflı oxu

Zaqatalada “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
22.05.2019 / 12:06
Ətraflı oxu

Astarada “Vətənpərvərlik dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” mövzusu müzakirə olunub

Xəbərlər
28.10.2019 / 09:45
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2013-cü ildə dini fəaliyyət sahəsində həyata keçirilmiş tədbirlərin ...

Xəbərlər
14.02.2014 / 16:28
Ətraflı oxu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ...

Xəbərlər
27.09.2022 / 18:12
Ətraflı oxu