
Press-relizlər / 28.09.2022 / 09:47
Sentyabın 27-də Qax rayonunda yerləşən kilsələrdə Qax rayonu Əlibəyli kəndi “Müqəddəs Nino” kilsəsi gürcü pravoslav xristian dini icması və Qax rayonu Qaxingiloy kəndi “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav xristian dini icmasının üzvləri 27 Sentyabr - Anım Günü münasibətilə tədbirlər keçiriblər.
Kilsələrdə Vətən müharibəsində canlarından keçmiş şəhidlərin ruhlarına dualar oxunub.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən hər il sentyabr ayının 27-i ölkəmizdə Anım Günü kimi qeyd edilir. Bu 44 günlük müharibədə zəfərə gedən yolun başlanğıcı münasibətilə vətən müharibəsi qəhrəmanları – şəhidlərimiz, qazilərimiz və müharibə iştirakçıları anılır.