Goranboyda “Vətən uğrunda şəhadət ən ali məqamdır” mövzusunda tədbir keçirilib

Xəbərlər / 26.09.2022 / 16:56

Sentyabrın 26-ı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Naftalan şəhəri və Goranboy rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Goranboy rayonunda 27 sentyabr Anım Günü ilə əlaqədar “Vətən uğrunda şəhadət ən ali məqamdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın əməkdaşı Vüsal Hüseynli, QMİ-nin səlahiyyətli nümayəndəsi Anar Orucov, eləcə də rəsmi din xadimləri və dini icma sədrləri iştirak ediblər. İlk öncə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlar zamanı 44 günlük Vətən Müharibəsində xalqımızın igid oğullarının şücaəti və cəsarətindən bəhs edilərək, ərazi bütövlüyümüzün təmin olunduğu, Azərbaycanın beynəlxalq nüfuzu və regionda artan gücü vurğulanıb.


Son baxılan xəbərlər

Prezident İlham Əliyev Sabunçu rayonunda tikilmiş yeni yaşayış binasının açılışında iştirak edib

Arxiv
25.11.2016 / 11:13
Ətraflı oxu

“İşğal altındakı tarixi-dini abidələrimiz” kitabı alman dilində nəşr olunub

Kitablar
09.08.2018 / 16:16
Ətraflı oxu

Şəki şəhərində “Narkomaniya bəşəri problemdir” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.05.2016 / 10:51
Ətraflı oxu

Tovuzda “Dinin siyasiləşdirilməsi milli təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusu müzakirə olunub

Press-relizlər
24.11.2021 / 17:12
Ətraflı oxu

Mübariz Qurbanlı: Dini radikalları çökdürəcəyik

Müsahibələr
13.03.2015 / 12:27
Ətraflı oxu

Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi bütün müsəlman dünyası üçün vacib və əhəmiyyətli qərardır

İSLAM HƏMRƏYLİYİ İLİ
17.04.2017 / 12:07
Ətraflı oxu