
Press-relizlər / 23.09.2022 / 16:03
Sentyabrın 23-də Göyçay şəhəri Elton Əkbərov adına 2 saylı orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK ) Ucar bölgəsi üzrə şöbəsi və Göyçay Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlər, dini radikalizm və erkən nikah" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Göyçay RPŞ-nin rəisi polis polkovniki Müqalib Abdıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Göyçay rayon üzrə sektor müdiri Rahib Burcəliyev, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərərlərdən bəhs olunub. Dini radikalizmin qarşısının alınmasında təhsilin önəmi xüsusi qeyd edilib.
Natiqlər cəmiyyəti narahat edən narkomaniya, eləcə də erkən nikah kimi problemlərə də toxunublar.
Tədbir müzakirələrlə davam edib.