Kürdəmirdə maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 23.09.2022 / 09:34

Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Müdafiə Nazirliyinin Kürdəmir rayonunda yerləşən N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, hərbi hissənin şəxsi heyət üzrə zabiti Qorxmaz Mehdiyev, Kürdəmir şəhər Mərkəz məscidinin imamı Aqil Əliyev, hərbi qulluqçular və şəxsi heyət iştirak edib.

Çıxışlar zamanı mövzunun əhəmiyyətindən danışılıb. Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyllərinin yaratdığı problemlərdən bəhs olunub.

Sonda iştirakçıların sualları cavablandırılıb.

****

Sentyabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Kürdəmir Rayonu İcra Hakimiyyəti və Şilyan kənd "Xeybər" məscidi dini icmasının birgə təşkilatçılğı ilə "Mənəvi dəyərlərin təbliğində dini icmaların rolu" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Kürdəmir RİH-in nümayəndəsi Daşqın Rüstəmov və dini icma üzvləri iştirak ediblər.

Çıxışlarda milli-mənəvi dəyərlərimizin qorunmasında dini icmaların rolu xüsusi qeyd edilib. 

Sonda tədbir iştirakçılarının təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Vətən sevgisi imandandır

Press-relizlər
17.05.2018 / 14:41
Ətraflı oxu

Gəncədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
04.10.2022 / 17:10
Ətraflı oxu

Sumqayıtda yerləşən "N" saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.12.2018 / 17:39
Ətraflı oxu

Göyçayda "Zərərli vərdişlərə yox deyək" mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
30.09.2022 / 16:28
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizə: nəticələr və vəzifələr

Xəbərlər
17.09.2016 / 10:38
Ətraflı oxu

Mingəçevirdə "Sülh və birgəyaşayışın əsas şərtləri" mövzusu müzakirə edilib

Press-relizlər
21.09.2022 / 17:06
Ətraflı oxu