Lənkərandakı hərbi hissədə“Zəfərə aparan yol-milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib

Press-relizlər / 22.09.2022 / 17:25

Sentyabrın 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Lənkəranda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol-milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini Həbib Əhmədov və hərbi hissənin şəxsi heyəti iştirak edib.

Çıxışlar zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən Müharibəsində qələbə qazanaraq Ermənistan tərəfindən işğal edilmiş tarixi Azərbaycan torpaqlarını geri qaytardığı qeyd edilib. Qazanılan qələbədə ölkəmizdə tarixən mövcud olan milli və dini həmrəyliyin mühüm əhəmiyyəti vurğulanıb. Milli və dini birliyin qorunması və daha da möhkəmləndirilməsinin vacibliyi diqqətə çatdırılıb. 

 


Son baxılan xəbərlər

Dövlət Komitəsində müşavirə keçirilib

Xəbərlər
11.12.2019 / 16:22
Ətraflı oxu

“Xanım Fatimeyi Zəhra” məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib

Press-relizlər
21.09.2022 / 17:39
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Senat bu addımı ilə Fransanın özünə xələl gətirən hərəkətə yol ...

Press-relizlər
26.11.2020 / 17:44
Ətraflı oxu

Bakıda “Dini-ideoloji təhlükəsizlik və media” mövzusunda konfrans keçirilib

Xəbərlər
16.04.2019 / 17:10
Ətraflı oxu

“Narkomaniya – ümumbəşəri bəla” adlı onlayn tədbir keçirilib

Xəbərlər
30.06.2021 / 16:06
Ətraflı oxu

İvanovka multikultural dəyərlərin beşiyidir

Multikulturalizm
09.03.2016 / 10:21
Ətraflı oxu