Press-relizlər / 22.09.2022 / 17:25
Sentyabrın 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Lənkəranda yerləşən “N” saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “Zəfərə aparan yol-milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, hərbi hissə komandirinin təlim-tərbiyə işləri üzrə müavini Həbib Əhmədov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
Çıxışlar zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən Müharibəsində qələbə qazanaraq Ermənistan tərəfindən işğal edilmiş tarixi Azərbaycan torpaqlarını geri qaytardığı qeyd edilib. Qazanılan qələbədə ölkəmizdə tarixən mövcud olan milli və dini həmrəyliyin mühüm əhəmiyyəti vurğulanıb. Milli və dini birliyin qorunması və daha da möhkəmləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.