
Press-relizlər / 22.09.2022 / 16:12
Sentyabr ayının 22-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Qax şəhər E.Babayev adına 4 saylı tam orta məktəbində “Zəfərə aparan yol: milli və dini həmrəylik” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclər və idman idarəsinin rəis müavini Elvin Həsilov, məktəb müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlar zamanı mövzunun əhəmiyyətindən bəhs olunub. 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı Zəfərdən danışılıb. Vurğulanıb ki, Vətən müharibəsində respublikamızda milli və dini həmrəylik nümayiş etdirilib və torpaqlarımız işğaldan azad edilib.
Seminar diskussiya şəklində davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.