“Xanım Fatimeyi Zəhra” məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib

Press-relizlər / 21.09.2022 / 17:39

Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yerləşən “Xanım Fatimeyi Zəhra” məscidinə təyin olunmuş din xadimlərinin təqdimatı keçirilib.

Məlumat üçün bildiririk ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 24 may 2022-ci il tarixində “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na uyğun olaraq 39 vakant vəzifənin tutulması üçün müsahibə elan olunub. Mirnasir Mirbağır oğlu Nağıyev (imam), Fərid Əli oğlu Qasımzadə və Ayaz Gülağa oğlu Həşimov (imam müavinləri) 02 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə uğur qazanaraq müvafiq vəzifələrə təyin olunublar.

Qeyd edək ki, sözügedən məsciddə keçirilən təqdimatda Dövlət Komitəsi ilə yanaşı, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri də iştirak ediblər.

Son baxılan xəbərlər

DQİDK sədri Tbilisidəki Azərbaycan Mədəniyyəti Muzeyinə qiymətli kitablar hədiyyə edib

Xəbərlər
26.09.2023 / 15:48
Ətraflı oxu

Səyavuş Heydərov: Avropa İttifaqının nümayəndələri Azərbaycandakı dini tolerantlıq mühitini yüksək qiymətləndirdilər

Müsahibələr
10.10.2017 / 18:49
Ətraflı oxu

Tarixi dönüşün böyük uğurları

Xəbərlər
14.07.2020 / 10:31
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

Press-relizlər
17.03.2023 / 11:37
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
27.07.2017 / 14:24
Ətraflı oxu

Sədr müavini Gündüz İsmayılov: "Bizim bir nömrəli məqsədimiz, vəzifəmiz vicdan azadlığını təmin etməkdir"

Müsahibələr
25.06.2023 / 16:21
Ətraflı oxu