Mingəçevirdə "Sülh və birgəyaşayışın əsas şərtləri" mövzusu müzakirə edilib

Press-relizlər / 21.09.2022 / 17:06

Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Mingəçevir Peşə Məktəbinin birgə təşkilatçılığı ilə "Sülh və birgəyaşayışın əsas şərtləri" mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Peşə Məktəbinin direktoru Bahar Yusifova, ilahiyyatçı Müşfiq Nəcəfov, müəllimlər və tələbələr iştirak ediblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikası hər zaman sülhsevər siyasət yürüdür. Qeyd edilib ki, ölkəmiz beynəlxalq münasibətlərdə də sülhə böyük töhfələr verir. Bildirilib ki, Şərqlə Qərbin qovşağında yerləşən respublikamız dünyanın ən tolerant ölkələrindəndir.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Qeyri-islam dini icmalarının nümayəndələri Qusarda mədəniyyət müəssisələrini ziyarət ediblər

Press-relizlər
27.03.2023 / 17:44
Ətraflı oxu

Bakıda "Din və dünyəvi təhsil" mövzusunda konfrans keçirilib

Press-relizlər
06.12.2019 / 14:59
Ətraflı oxu

DSX-nin Sərhəd Nəzarətində dini radikalizmlə mübarizəyə həsr edilmiş seminar keçirilib

Xəbərlər
29.09.2022 / 11:18
Ətraflı oxu

Gəncədəki hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
24.01.2023 / 16:56
Ətraflı oxu

“Müasir dövrdə Azərbaycanda sosial-iqtisadi və mənəvi inkişafın harmoniyası” mövzusunda dəyirmi masa keçirilmişdir

Xəbərlər
30.09.2014 / 11:50
Ətraflı oxu

Məktəblərdə dini maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
06.12.2017 / 16:24
Ətraflı oxu