
Press-relizlər / 21.09.2022 / 14:41
Sentyabrın 21-i Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Ombudsmanın Gəncə Regional Mərkəzi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və şəhər Gənclər Evinin birgə təşkilatçılığı ilə Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər Evinin rəhbəri Amil Qurbanov, Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, gənclər və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan dünyada tolerant, multikultural dəyərlərə sadiq ölkə kimi tanınır. Respublikamızda müxtəlif dinlərin və xalqların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar.