Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaşları qəbul edib

Xəbərlər / 14.09.2022 / 17:30

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 14-də Kürdəmir rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda Ucar, Göyçay, Zərdab və Kürdəmir rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.

Qəbuldan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin xatirəsi ehtiramla yad olunub.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq bölgə şöbəsinin məsul şəxsinin iştirakı ilə dinlənilib, ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.

Qeyd edək ki, Dövlət Komitəsinin sədri sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədimizdə törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Xüsusi Təyinatlı Qüvvələrin giziri Kürdəmir rayon Dəyirmanlı kənd sakini Əzizov Nəzər Ağacəlil oğlunun dəfn mərasimində iştirak edib. 


Son baxılan xəbərlər

Gəncədə “Məişət zorakılığının qarşısının alınması, həmçinin onunla mübarizə” mövzusu müzakirə olunub

Press-relizlər
07.04.2022 / 15:21
Ətraflı oxu

Lənkəranda "Sülh aylığı” çərçivəsində tədbir təşkil olunub

Press-relizlər
30.08.2019 / 11:42
Ətraflı oxu

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları ilə görüşüb

Könüllü fəaliyyət
22.04.2021 / 16:22
Ətraflı oxu

4 saylı cəzaçəkmə müəssisəsində dini maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
18.03.2015 / 15:32
Ətraflı oxu

“Şəhidlik vətənpərvərliyin ən ali məqamıdır” mövzusunda videokonfrans keçirilib

Press-relizlər
14.01.2021 / 16:22
Ətraflı oxu

“Tolerantlıq Kuboku”nun qalibi bəlli oldu (Fotosessiya)

Arxiv
06.05.2013 / 09:59
Ətraflı oxu