DQİDK sədri Amerika-Azərbaycan Cəmiyyətinin nümayəndələri ilə görüşüb

Press-relizlər / 12.09.2022 / 14:54

Sentyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Amerika-Azərbaycan Cəmiyyətinin (ASA) rəhbəri Tomris Azerinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Mübariz Qurbanlı Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, dövlətin dinə qayğısı, o cümlədən tolerant və multikultural dəyərlərin təbliği sahəsində görülən işlər haqqında ətraflı məlumat verib. Bildirib ki, Azərbaycanda dini etiqad azadlığının təmin olunması dövlət-din münasibətlərinin əsasında dayanan mühüm faktordur. Ölkəmizdə dini konfessiya nümayəndələrinin hər biri öz maddi və mənəvi mədəniyyətini, dilini, tarixi yaddaşını, mentalitetini qoruyub-saxlamaq imkanına malikdir.

Görüş zamanı Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin başçılığı ilə xalqımızın 44 günlük Vətən müharibəsindəki parlaq zəfərinə toxunan Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycan döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də qələbə qazanmaqla mübarizəsinin haqq işi olduğunu sübut etdi. Düşmən üzərində əldə etdiyimiz zəfərin qazanılması istiqamətində Azərbaycançılıq ideyası ətrafında milli həmrəyliyin daha da güclənməsində, xüsusilə, Qarabağ həqiqətlərinin təbliğində qəlbi daim Vətənlə döyünən soydaşlarımızın geniş fəaliyyəti olub. O, həmçinin ASA-nın Azərbaycan həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolunun cəmiyyət tərəfindən  yüksək qiymətləndirildiyini bildirib.

Tomris Azeri səmimi qəbula görə təşəkkür edərək təmsil etdiyi cəmiyyətin fəaliyyəti, həyata keçirilən layihələr haqqında danışıb.

Sonda nümayəndə heyətinə DQİDK-nın nəşr etdirdiyi, Azərbaycanda mövcud olan multikulturalizm və tolerantlıq ənənələrindən, eləcə də vandalizmə məruz qalan tarixi-dini abidələrimizdən bəhs edən kitablar təqdim edilib.

 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün misilsiz xidmətləri hər bir ...

Xəbərlər
14.07.2017 / 18:38
Ətraflı oxu

Lerikdə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
14.04.2022 / 17:14
Ətraflı oxu

DQİDK sədri XVII Beynəlxalq Müsəlman Forumunda iştirak edib

Xəbərlər
15.12.2021 / 17:22
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının beşilliyi münasibətilə tədbir keçirilib

Xəbərlər
10.02.2023 / 09:45
Ətraflı oxu

Kürdəmirdə “Sülh və Həmrəyliyə aparan yol – dialoq” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
27.02.2018 / 15:24
Ətraflı oxu

Komitə sədri Avropa Ravvinləri Konfransının icraçı direktoru ilə görüşüb

Press-relizlər
18.07.2022 / 17:06
Ətraflı oxu