Oğuzda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər / 30.08.2022 / 17:19

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Şəki bölgəsi üzrə şöbəsi, Oğuz Rayon İcra Hakimiyyəti, rayon Mədəniyyət Mərkəzi, Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda  “Seçim həmişə var: narkotik vasitələrə “Yox” deməyi bacar” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə DQİDK-nın əməkdaşı Samir Salehov, Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Nicat Kərimov, Mədəniyyət Mərkəzinin direktoru Anar Hüseynov, Gənclər və İdman idarəsinin rəis müavini Şaiq Rüstəmov, həmçinin gənclər iştirak ediblər.

Çıxış edənlər tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, sağlam həyat tərzi hər bir insanın məqsəd və amalı olmalıdır. Fərd olaraq ölkəmizin hər bir vətəndaşı zərərli vərdişlərlə layiqincə mübarizə aparmalıdır.  Maarifləndirmə  işi  çox zaman cəmiyyət  tərəfindən  həyata  keçirilməklə  bərabər,  cəmiyyətin  özəyi  olan  ailə  və  məktəb  səviyyəsində lazımi qaydada aparılmalıdır. Məktəblərdə təbliğat məsələlərinə nəzarət edilməli,  asudə  vaxtın  faydalı  şəkildə  təşkili ilə  bərabər,  gənclərin düzgün formalaşması  üçün  lazım  olan  kompleks  tədbirlər həyata keçirilməlir.

Sonda  tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Mingəçevirdə radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Xəbərlər
25.11.2022 / 17:35
Ətraflı oxu

İƏT Dağlıq Qarabağda ermənilər tərəfindən İslama aid tarixi ziyarətgahların dağıdılmasından narahatlığını bildirib

Xəbərlər
12.11.2020 / 11:30
Ətraflı oxu

Siyəzən rayonunda radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
18.04.2018 / 17:27
Ətraflı oxu

Dini radikalizmin qarşısının alınmasında ənənəvi islami dəyərlərin rolu müzakirə edilib

Press-relizlər
11.07.2017 / 17:08
Ətraflı oxu

DQİDK sədrinin birinci müavini Şamaxı və Qobustan dindarları ilə görüşüb

Press-relizlər
10.03.2016 / 12:06
Ətraflı oxu

“Ənənəvi İslam nümunələrinin qorunmasının vacibliyi” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
11.01.2018 / 15:45
Ətraflı oxu