Ağsuda “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusu müzakirə olunub

Press-relizlər / 26.08.2022 / 09:36

Avqustun 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Ağsu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.

DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Tural Vahidov, Gənclər və İdman İdarəsinin əməkdaşı Təhmasib Məhəmmədhüseyin, rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları və gənclər iştirak ediblər.

Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerant və multikultural şəraitdən danışılıb. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Həmçinin o da vurğulanıb ki, dini məzhəbçilik meyilləri milli birliyə və dini təhlükəsizliyə qarşı təhdiddir.

Sonda seminar iştirakçılarının sualları cavablandırılıb və mövzuya uyğun müzakirələr aparılıb.

 

Son baxılan xəbərlər

Azərbaycandakı məscid, kilsə və sinaqoqlarda şəhidlərimizin əziz xatirəsi yad edilib

Press-relizlər
27.09.2023 / 14:25
Ətraflı oxu

Şəkidə dini radikalizm mövzusu müzakirə olunub

Press-relizlər
11.08.2023 / 16:04
Ətraflı oxu

Qarabağda yeni mərhələnin başlanğıcı: Azərbaycanın birgəyaşayış təcrübəsi

Press-relizlər
28.09.2023 / 10:18
Ətraflı oxu

Elşad İskəndərov: "Qarabağ münaqişəsi Avrasiya İslam Şurasının prioritetləri sırasındadır"

Xəbərlər
23.11.2012 / 17:32
Ətraflı oxu

Məktəblərdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
19.12.2017 / 17:41
Ətraflı oxu

Tərtərdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
16.07.2018 / 17:06
Ətraflı oxu