Daxili Qoşunların hərbi hissəsində “Dini zəmində bölücülüyün milli təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib

Press-relizlər / 10.08.2022 / 15:43

Avqustun 10-da Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən N saylı hərbi hissəsində “Dini zəmində bölücülüyün milli təhlükəsizliyə təsiri” mövzusunda tədbir keçirilib.

Hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan hərbi hissə komandirinin müavini Elsevər Fətəliyev hərbi hissələrdə bu cür görüşlərin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib. E. Fətəliyev eyni zamanda, ölkəmizdə ictimai-siyasi sabitliyin və dünyaya örnək ola biləcək tolerantlıq mühitinin olduğunu vurğulayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Səyavuş Heydərov çıxış edərək dini və etnik zənginliyə malik xalqımızın tolerantlıq ənənələrinin uğurla inkişaf etdirildiyini diqqətə çatdırıb. Sədr müavini Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bütün xalqların və dinlərin nümayəndələrinin ortaq dəyərlər ətrafında birləşməsini özündə təcəssüm edən azərbaycançılıq məfkurəsinin ölkəmizin tərəqqisində müstəsna rolu olduğunu xüsusi olaraq qeyd edib. S. Heydərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın tolerant dəyərləri təbliğ edən ölkələrdən olması, milli-dini birlik ideyasının Azərbaycanın dövlət siyasəti səviyyəsində həyata keçirildiyini, eləcə də hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunmasına dəstək göstərildiyini bildirib. Ölkəmizdə multikultural dəyərlərin qorunub saxlanıldığını da diqqətə çatdıran sədr müavini 44 günlük Vətən müharibəsində də danışaraq deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dinindən və millətindən asılı olmayaraq hər bir azərbaycanlı yumruq kimi birləşərək işğal altında olan torpaqlarımızı işğaldan azad etdi.

Azərbaycanda dini durumun tam sabit olduğunu qeyd edən Səyavuş Heydərov qeyd edib ki, ancaq bu gün ölkəmizdəki sabitliyi, inkişafı gözü götürməyən bəzi xarici qüvvələr var və onlar siyasi müstəvi ilə yanaşı, dini zəmində də Azərbaycana təsir göstərməyə, müxtəlif zərərli dini ideologiyaları ölkəmizə ixrac etməyə çalışırlar: “Əlbəttə, dövlətimiz güclüdür, respublikamızda həm hüquqi müstəvidə, həm də maarifləndirmə baxımından bu cür təhdidlərin qarşısını almaq üçün lazımi tədbirlər görülür”. Dövlət Komitəsinin sədr müavininin sözlərinə görə, hətta bəzən müəyyən xarici siyasi dairələrin radikallardan istifadə etməsi və bəzi ölkələrdə fərqli məzhəb mənsubları arasında qarşıdurma yaratmaq cəhdləri ictimai təhlükəsizlik baxımından ciddi təhdiddir. Bunu Yaxın Şərq təcrübəsi və orada hazırda davam edən proseslər bir daha açıq şəkildə göstərir.

Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Heydər Əliyev və azərbaycançılıq” sənədli filmi nümayiş etdirilib.

Son baxılan xəbərlər

Şirvanda gənclər arasında dini radikalizmin profilaktikasına həsr olunmuş regional müşavirə keçirilib

Xəbərlər
23.10.2019 / 14:47
Ətraflı oxu

Hacıqabulda “Dünyəvi cəmiyyətdə dinin yeri və rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.10.2022 / 11:20
Ətraflı oxu

Göyçayda Xocalı faciəsinin qurbanları anılıb

Press-relizlər
24.02.2018 / 09:29
Ətraflı oxu

Ucarda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
10.04.2019 / 17:11
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilir

Press-relizlər
12.12.2022 / 14:21
Ətraflı oxu

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Xəbərlər
17.01.2022 / 11:13
Ətraflı oxu