Saatlıda “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 09.08.2022 / 17:43

Avqustun 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon İcra Hakimiyyəti (RİH), rayon Uşaq və Ailələrə Dəstək Mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı rayonu üzrə nümayəndəliyi və rayon Gənclər Evi Sosial Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları, Saatlı RİH-nin məsul nümayəndəsi Mehriban Ağayeva, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin  direktoru Aidə İbrahimova, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Saatlı rayonu üzrə nümayəndəliyinin rəhbəri Gülnar Babaşova və gənclər iştirak ediblər.

Çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının tərkib hissəsi kimi gender bərabərliyinin təmin edilməsinin daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu qeyd olunub. Bildirilib ki, Azərbaycan qadın hüquqlarını və gender bərabərliyini dəstəkləyən bir sıra konvensiyalara qoşulub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

İsmayıllıda “Din və ideoloji təhlükəsizlik” mövzusunda tədbir keçirilib

Xəbərlər
18.10.2022 / 12:01
Ətraflı oxu

Komitə sədri Argentinanın “canal a” televiziyasına müsahibə verib

Press-relizlər
22.04.2021 / 10:38
Ətraflı oxu

Dövlət Komitəsinin sədr müavini Hacıqabulda vətəndaşları qəbul edib

Xəbərlər
13.02.2020 / 17:49
Ətraflı oxu

Beyləqandakı “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
07.08.2019 / 14:44
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
27.09.2018 / 14:43
Ətraflı oxu

Gündüz İsmayılov: Ramazan cəmiyyətdə vəhdət və qardaşlıq anlayışlarının təbliği üçün gözəl fürsətdir

Xəbərlər
15.04.2021 / 10:10
Ətraflı oxu