Gəncədə “Vətən uğrunda şəhadət ən ali məqamdır” adlı tədbir keçirilib

Press-relizlər / 09.08.2022 / 16:59

Avqustun 9-u Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsi və Goranboy rayonu Safıkürd Tatarlı kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Vətən uğrunda şəhadət ən ali məqamdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli, dini icmanın sədri Elnur Cəfərov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki, Vətən, torpaq uğrunda şəhadət ən ali məqamdır. Bildirilib ki, 44 günlük Vətən müharibəsi ilə Azərbaycan öz tarixində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O da qeyd olunub ki, torpaqlarımızın azadlığı uğrunda şəhidlik məqamına ucalan oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq.


Son baxılan xəbərlər

Ələt qəsəbəsində dini radikalizmlə mübarizə mövzusu müzakirə olunub

Press-relizlər
22.11.2017 / 16:39
Ətraflı oxu

Sabunçu rayonunda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
06.09.2016 / 16:51
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
17.10.2019 / 17:28
Ətraflı oxu

Yardımlıda “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusu müzakirə olunub

Press-relizlər
01.05.2023 / 09:13
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

Press-relizlər
17.03.2023 / 11:37
Ətraflı oxu

Oğuzda “Vətənpərvərlik nümunəsi : Qazilik və Şəhidlik” mövzusunda onlayn videokonfrans keçirilib

Press-relizlər
16.04.2021 / 16:14
Ətraflı oxu