Biləcəridə yerləşən “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Xəbərlər / 05.08.2022 / 17:20

Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyi arasında təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Rəşadət Hidayətov, eləcə də hərbi hissənin şəxsi heyəti iştirak edib.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda mövzunun aktuallığı vurğulanıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən bəhs olunub. Həmçinin İslamın Vətən sevgisi, şəhadət kimi məfhumlara münasibətindən danışılaraq hərbçilərin döyüş ruhunun qaldırılmasında mənəvi dəyərlərimizin əhəmiyyəti vurğulanıb.

Tədbir mövzu ilə bağlı qaldırılan suallar ətrafında müzakirələrlə yekunlaşıb.

Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
17.04.2023 / 17:10
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib

Xəbərlər
08.06.2023 / 14:56
Ətraflı oxu

Şirvanda “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə edilib

Xəbərlər
24.09.2019 / 15:26
Ətraflı oxu

“Atabey” təşkilatının nümayəndələri Quba rayonuna səfər ediblər

Xəbərlər
19.05.2023 / 11:32
Ətraflı oxu

Astarada keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
28.09.2018 / 10:37
Ətraflı oxu

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Nərimanov rayonunda “Cümə” məscidinin açılışında iştirak ...

Xəbərlər
20.04.2023 / 12:33
Ətraflı oxu