Beyləqanda Məhərrəm ayı ilə bağlı tədbir keçirilib

Xəbərlər / 05.08.2022 / 14:20

Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Beyləqan rayonu üzrə qazılığının təşkilatçılığı ilə “Aşura mərasimləri: tarix, ənənə və hüquq müstəvisində” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Bəhrəm Ədalətoğlu, QMİ-nin bölgə üzrə qazısı Mirsəccad İmranov və Beyləqan rayonunda fəaliyyət göstərən din xadimləri, dini icma sədrləri iştirak ediblər.

Çıxışlarda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söylənilib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğu, bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifənin düşdüyü qeyd edilib. Eyni zamanda, Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Son baxılan xəbərlər

Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” adlı tədbir təşkil olunub

Press-relizlər
31.10.2017 / 17:28
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
22.10.2019 / 13:06
Ətraflı oxu

SOCAR-ın strukturuna daxil olan qurumlarda dini maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
18.12.2018 / 18:00
Ətraflı oxu

Dini radikalizmə qarşı mübarizə: nəticələr və vəzifələr

Xəbərlər
17.09.2016 / 10:38
Ətraflı oxu

Bölgələrdə Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibəti ilə silsilə tədbirlər keçirilir

Press-relizlər
10.05.2022 / 11:53
Ətraflı oxu

Saatlıda “Gənclər arasında erkən nikah hallarına qarşı mübarizə işinin gücləndirilməsi” mövzusunda tədbir keçirilib

Press-relizlər
26.11.2021 / 17:52
Ətraflı oxu