Ağdaşda "Şuşa milli-mənəvi dəyərlərimizin simvoludur" mövzusunda tədbir keçirilib

Xəbərlər / 05.08.2022 / 12:41

Avqustun 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Ağdaş rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə "Şuşa milli-mənəvi dəyərlərimizin simvoludur" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, Ağdaş RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, Ağdaş Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi, ictimaiyyət nümayəndələri, eləcə də rayonun fəal gəncləri iştirak ediblər.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlar zamanı Şuşanın tarixindən, milli və mədəni irsindən, xalqımız üçün əhəmiyyətindən bəhs olunub, Şuşa şəhərinin Azərbaycan tarixində müstəsna yerə sahib olduğu vurğulanıb. Qeyd edilib ki, cənab Prezident İlham Əliyev tərəfindən bu ilin “Şuşa ili” elan olunması Şuşa şəhərinin xalqımız və dövlətimiz üçün nə qədər əziz, müqəddəs, həmçinin hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçası olduğunun təzahürü, Şuşa şəhərinə verilən dəyərin ali göstəricisidir. Şuşa mədəniyyətimizin bir parçası, incəsənətimizin beşiyidir. O da vurğulanıb ki, Vətən müharibəsi bitəndən sonra dövlətimiz tərəfindən bütün işğaldan qurtarılmış ərazilərdə yenidənqurma işləri sürətlə davam edir. Həmçinin Şuşa şəhərində də quruculuq işləri aparılır, erməni vandalları tərəfindən dağıdılmış milli və mənəvi abidələrimiz – məscidlərimiz bərpa edilir, yeniləri inşa olunur.

Sonda tədbir iştirakçılarının fikirləri dinlənilib və tədbir qarşılıqlı müzakirələrlə davam etdirilib.


Son baxılan xəbərlər

Zaqatala və Oğuzda məişət zorakılığının qarşısının alınmasına həsr edilmiş tədbirlər baş tutub

Press-relizlər
08.12.2021 / 16:39
Ətraflı oxu

Bölgələrdə din xadimlərinin iştirakı ilə görüşlər keçirilib

Press-relizlər
02.06.2022 / 10:46
Ətraflı oxu

Saatlıda “Seçim həmişə var: narkotik vasitələrə “Yox” deməyi bacar! mövzusunda tədbir keçirilib

Xəbərlər
19.05.2022 / 17:42
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
08.11.2018 / 16:17
Ətraflı oxu

Biləsuvarda gənclərin zərərli vərdişlərdən qorunması mövzusu müzakirə olunub

Press-relizlər
09.10.2019 / 14:02
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şirvanda vətəndaşları qəbul edib

Press-relizlər
21.10.2014 / 17:29
Ətraflı oxu