
Press-relizlər / 05.08.2022 / 09:54
Avqustun 4-də Zərdab və Kürdəmir rayonlarında Aşura mərasimlərinin keçirilməsi ilə bağlı tədbirlər təşkil edilib.
Zərdab rayonunda baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Əzim Rəfiyev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsi və Kürdəmir şəhər İmam Rza məscidi dini icmasının birgə təşkilatçılığı ilə "Aşura mərasimləri: tarix, ənənə və hüquq müstəvisində" mövzusunda keçirilən tədbirdə isə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, dini icmanın sədri Fizuli Cəfərov və din xadimləri iştirak ediblər.
Çıxışlarda Prezident İlham Əliyev tərəfindən milli-mənəvi dəyərlərimizə diqqət və qayğının göstərildiyi qeyd edilib, Məhərrəm ayı ilə bağlı bütün mərasimlərin qanunvericilik çərçivəsində keçirilməsinin zəruriliyi vurğulanıb. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayı ilə əlaqədar fətvası görüş iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.