Dövlət Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib

Xəbərlər / 04.08.2022 / 17:08

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı avqustun 4-də Lənkəran şəhəri, eləcə də Lerik və Astara rayonlarından olan vətəndaşların müraciətlərinə baxıb.

Qəbuldan öncə DQİDK sədri Mübariz Qurbanlı və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Lənkaran şəhəri Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşların Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müraciətləri cavablandırılıb, qaldırılan məsələlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Mübariz Qurbanlı bölgədə fəaliyyət göstərən din xadimləri ilə görüşərək onların müvafiq istiqamətdə fikir və təkliflərini dinləyib.


Son baxılan xəbərlər

Qaxda “Multikultural cəmiyyətdə məzhəbçilik və dini təəssübkeşlik meyillərinin yaratdığı problemlər” mövzusu müzakirə olunub ...

Press-relizlər
14.09.2021 / 12:37
Ətraflı oxu

“Erməni təcavüzü və məhv olmuş tarixi dini abidələrimiz” mövzusunda konfrans keçirilib

Press-relizlər
28.03.2019 / 16:45
Ətraflı oxu

Balakəndə “Radikal və ekstremist təmayüllü dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” ...

Press-relizlər
11.03.2021 / 15:40
Ətraflı oxu

Sumqayıtda və Qaxda maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
30.11.2022 / 17:37
Ətraflı oxu

Mübariz Qurbanlı: "2020-ci il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün çox əhəmiyyətli və ...

Müsahibələr
28.12.2020 / 16:42
Ətraflı oxu

DQİDK-nın şöbə müdiri Yaqut Əliyeva: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir

Press-relizlər
21.09.2020 / 10:04
Ətraflı oxu