Alban-Udi Xristian dini icması Xocavənd rayonunda yerləşən qədim Alban məbədini ziyarət edib

Xəbərlər / 03.08.2022 / 15:01

Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim Alban məbədi uzun illərdən sonra növbəti dəfə əsl sahibləri olan udilər tərəfindən ziyarət olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Alban-Udi Xristian dini icmasının üzvləri uzun illərdən sonra öz ata-babalarından miras qalan Ağxaç kilsəsində olublar. Onlar burada dini ayin icra edərək şamlar yandırıb, dualar oxuyublar.

İcmanın sədri Robert Mobili bildirib ki, bu kilsə qədim Alban dövlətinə məxsus tikilidir. Qeyd edib ki, Hadrut qəsəbəsində iki qədim Alban məbədi var. Bunlardan biri Ağxaç kilsəsidir. Bu tikili Çinarlı kəndində yerləşir və 10-cu əsrə aiddir. Digəri isə Müqəddəs Məryəm ana kilsəsidir. Adı çəkilən kilsə 12-ci əsrdən qalan Alban yadigarıdır. İşğal ərəfəsində ermənilər kilsədə saxtakarlıq etməklə bəzi dəyişiklərlə buranı özünküləşdirməyə çalışıblar. Burada erməni dilində yazılar yazıb, altar hissəni dəyişdiriblər. Onlar nə etsələr də, tarixi dəyişə bilməzlər.

“Artıq tarixi ədalət bərpa olunub. Otuz il müddətində torpaqlarımız erməni işğalında olduğu kimi, dini məbədlərimiz də əsirlikdə idi. Lakin müzəffər Ordumuzun gücü sayəsində kilsələrimiz də azadlıqdadır. X-XII əsrə aid olan kilsələr əsl sahibləri olan Alban udiləri qarşılayır. Uzun illərdən sonra onlar öz ata-babalarından yadigar qalan məbədlərində dini ayin icra etdilər. Gördük ki, ermənilər bu kilsəni də mənimsəməyə çalışıblar. Buraya sonradan gətirilən erməni yazısı olan daşların yeni olduğu da ilk baxışdan görünür. Amma tarixi ədaləti saxtalaşdırmaq heç də asan deyil. Çünki bu irsin, bu torpaqların azərbaycanlılara aid olduğu hər kəs tərəfindən etiraf edilir”, - deyə icma sədri diqqətə çatdırıb.

O bildirib ki, Həvari kilsələrinin əsl varisləri olan Alban-udilər öz dini inanclarını qoruyub saxlamaqla, tolerant və multikultural Azərbaycan cəmiyyətində yaşadırlar. Bunun bariz nümunəsidir ki, bu gün alban məbədini birlikdə ziyarət edirik. Prezident İlham Əliyevin də dediyi kimi, işğaldan azad edilən ərazilərdə bərpa işləri aparılır, o cümlədən bu məbədlər də bərpa edilərək əsl varislərinə geri qaytarılacaq.

Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Alban kilsələri tarix-memarlıq abidəsi olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.


Son baxılan xəbərlər

Qubada Xocalı faciəsinə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
27.02.2018 / 09:42
Ətraflı oxu

Sahib Nağıyev: Azərbaycan qlobal miqyasda dinlərarası dialoqun genişlənməsində yaxından iştirak edir

Press-relizlər
30.06.2022 / 16:09
Ətraflı oxu

“Erkən nikah problemi və ona qarşı mübarizə yolları” adlı onlayn seminar-treninq keçirilib

Xəbərlər
20.04.2021 / 17:18
Ətraflı oxu

Şəmkirdə “Radikalizm və onun fəsadları” layihəsi çərçivəsində tədbir keçirilib

Press-relizlər
29.04.2016 / 17:49
Ətraflı oxu

Bölgələrdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbirlər keçirilib

Xəbərlər
14.06.2022 / 12:52
Ətraflı oxu

Astarada növbəti maarifləndirici tədbir keçirilib

Press-relizlər
19.01.2017 / 16:40
Ətraflı oxu