İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə mərhələsi başlayıb

Xəbərlər / 02.08.2022 / 11:48

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb.

Bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən keçirilən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə başlayıb.

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil edilib. Hər gün 30-35 namizədin müsahibədə iştirak etməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilib. Müsahibə DQİDK-nın yaratdığı müsahibə komissiyası tərəfindən aparılıb. Yeddi nəfərdən ibarət müsahibə komissiyası yalnız ilahiyyatçılardan təşkil edilib.

Müsahibənin nəticələri keçirildiyi gündən 5 iş günü ərzində Komitənin internet saytında yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü ərzində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha din xadimi təyin olunacaq.

Müsahibədən uğurla keçən lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində ehtiyat kadr kimi saxlanılacaq.

Müsahibə komissiyasının sədri Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovdur.

Komissiya üzvləri isə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə, Komitənin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov, DQİDK- nın Dini qurumlarla iş üzrə şöbəsinin müdir müavini Rəhim Rəhimli, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru Mirniyaz Mürsəlov və Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri Əhməd Niyazovdur.

Qeyd edək ki, Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün cari ilin mayın 24-dən iyunun 24-ə qədər sənəd qəbulu aparılıb. 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb. (AZƏRTAC)


Son baxılan xəbərlər

Xızıda “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
11.01.2018 / 15:51
Ətraflı oxu

Qurban bayramı ilə əlaqədar bölgələrdə tədbirlər keçirilir

Press-relizlər
07.07.2022 / 14:26
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri ilə görüşüb

Xəbərlər
04.09.2019 / 18:05
Ətraflı oxu

Lənkəran şəhərindəki “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
21.04.2022 / 15:22
Ətraflı oxu

Mübariz Qurbanlı: "Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqı və dövləti üçün misilsiz xidmətlər göstərib”.

Xəbərlər
12.12.2014 / 10:25
Ətraflı oxu

“Azərbaycanda dini təhsil: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfrans keçirilib

Xəbərlər
24.11.2022 / 17:30
Ətraflı oxu