İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçiriləcək müsahibə ilə bağlı Məlumat

Xəbərlər / 01.08.2022 / 15:01

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həlli məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” hazırlanıb və bu qaydaya əsasən Dövlət Komitəsi tərəfindən keçirilən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə sabahdan etibarən başlayır.

Qeyd edək ki, Azərbaycanda  İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün bu il 24 may - 24 iyun tarixlərində sənəd qəbulu aparılıb. 39 vakant vəzifənin tutulması üçün 270  namizədin sənədi qeydə alınıb.

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında təşkil edilir. Hər gün 30-35 namizədin müsahibədə iştirak etməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat verilir. Müsahibə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı müsahibə komissiyası tərəfindən aparılır. Yeddi nəfərdən ibarət müsahibə komissiyası yalnız ilahiyyatçılardan təşkil edilib.

Müsahibənin nəticələri keçirildiyi gündən 5 iş günü ərzində Komitənin internet saytında (https://scwra.gov.az/az) yerləşdiriləcək. Uğur qazanmış namizəd təsdiq edilmiş qaydalara əsasən müsahibə bitdikdən sonra 30 iş günü ərzində Komitə sədrinin əmri ilə İslam dininə aid ibadət yerinə və ya ziyarətgaha din xadimi təyin olunacaq.

Müsahibədən uğurla keçən lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində ehtiyat kadr kimi saxlanılacaqlar.

Müsahibə komissiyasının sədri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovdur. Komissiya üzvləri Mehman İsmayılov (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru),  Cahandar Əlifzadə (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri), Nahid Məmmədov (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri), Rəhim Rəhimli (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdir müavini), Mirniyaz Mürsəlov (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun prorektoru) və Əhməd Niyazovdur (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri).

Son baxılan xəbərlər

Prezident İlham Əliyevin “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşü olub

Xəbərlər
23.01.2018 / 09:36
Ətraflı oxu

Prezident İlham Əliyev : "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz"

Press-relizlər
20.10.2017 / 16:54
Ətraflı oxu

“Dini radikalizm, ekstremizm və narkomaniya milli təhlükəsizliyimizə təhdiddir” mövzusunda videokonfrans keçirilib

Xəbərlər
15.04.2021 / 12:35
Ətraflı oxu

Göygöldə "Vətənpərvər gəncliyin dini radikalizmə qarşi mübarizəsi" mövzusunda vətənpərvərlik və maarifləndirmə tədbiri təşkil olunub

Press-relizlər
19.04.2018 / 15:33
Ətraflı oxu

“Pandemiya şəraitində dini mərasim, ayin və tədbirlərin təşkili” mövzusunda onlayn seminar-treninq keçirilib

Press-relizlər
27.05.2021 / 14:18
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək

Xəbərlər
24.10.2019 / 09:48
Ətraflı oxu