Binəqədi rayonunda yerləşən hərbi hissədə "İslamda insan həyatının dəyəri" mövzusunda tədbir keçirilib

Press-relizlər / 29.07.2022 / 15:36

İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyi arasında təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Bakı şəhərinin Binəqədi rayonunda yerləşən "N" saylı hərbi hissədə "İslamda insan həyatının dəyəri" mövzusunda tədbir keçirilib.

DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elvüsal Məmmədov, hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov vətənpərvərliyin gücləndirilməsində milli-mənəvi dəyərlərin özünəməxsus rolu olduğunu bildirib. R. Əsgərov vurğulayıb ki, bu gün Azərbaycan Ordusu dünyada nizam-intizam, hərbi texnika ilə təchiz olunan güclü ordu kimi dəyərləndirilir. Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Ordumuzun əldə etdiyi uğurlar, o cümlədən işğal olunmuş ərazilərimizin azad edilməsi bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü göstərir.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi E. Məmmədov isə çıxışında qeyd edib ki, hər bir insan çətinliklər qarşısında səbir göstərməlidir. E. Məmmədov eyni zamanda bildirib ki, İslam dini zərərli vərdişlərə və özünəqəsd kimi hallara qarşıdır.

Sonda mövzu ətrafında hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Son baxılan xəbərlər

Qaxda maarifləndirmə tədbiri keçirilib

Xəbərlər
10.05.2019 / 16:22
Ətraflı oxu

Kürdəmirdə “Vətən sevgisi və şəhidlik” mövzusunda tədbir keçirilib

Press-relizlər
16.01.2020 / 16:10
Ətraflı oxu

Masallıda “Gəncləri dini radikalizm və digər zərərli vərdişlərdən qoruyaq” mövzusunda seminar-treninq ...

Press-relizlər
26.10.2018 / 17:20
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.07.2021 / 13:01
Ətraflı oxu

Balakəndə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
30.01.2023 / 14:28
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Böyük Britaniyanın Azərbaycandakı səfiri ilə görüşüb

Press-relizlər
01.02.2023 / 15:40
Ətraflı oxu