Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər / 28.07.2022 / 16:28

İyulun 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Məhərrəm ayının başlanması ilə bağlı müşavirə keçirilib. Müşavirədə DQİDK-nın sədr müavinləri, Mərkəzi Aparat və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkədəki dini durum, gündəlikdəki məsələlər barədə ətraflı məlumat verərək, Məhərrəm ayının başlanması ilə əlaqədar DQİDK-nın üzərinə düşən vəzifələrə toxunub, bununla əlaqədar Mərkəzi Aparat və bölgə şöbələrinin iş fəaliyyətlərini daha da gücləndirməli olduğunu  deyib. Məscidlərdə və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verəcəyi fətvanın tələblərinə ciddi riayət olunmasının vacibliyini diqqətə çatdıran M.Qurbanlı dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsini xüsusi olaraq vurğulayıb.

“Dini etiqad azadlığı haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsinin qarşımıza ciddi vəzifələr qoyduğunu da bildirən Komitə sədri İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün elan edilən sənəd qəbulunun artıq yekunlaşdığını və avqust ayının 2-dən etibarən müsahibənin başlayacağını qeyd edib. Din pərdəsi altında İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan qüvvələrə qarşı ilahiyyatçılarımızın, dini icmalarımızın üzərinə də böyük məsuliyyət düşdüyünü nəzərə çatdıran M.Qurbanlı din xadimlərinin Vətənə, milli-mənəvi dəyərlərimizə, o cümlədən azərbaycançılıq ideologiyasına bağlı olmalarının önəmini vurğulayıb. Müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsində Azərbaycan İlahiyyat İnstitutunun roluna diqqət çəkib.

DQİDK sədrinin müavini Səyavuş Heydərov və bölgə şöbə müdirləri gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşdükdən sonra müvafiq tapşırıq və tövsiyələr verilib.

                                                    


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
24.02.2023 / 17:02
Ətraflı oxu

Dövlət Komitəsinin sədri “Həyat sözü” beynəlxalq kilsəsinin direktoru ilə görüşüb

Press-relizlər
23.10.2017 / 16:33
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığına səfər edib

Xəbərlər
01.06.2023 / 11:38
Ətraflı oxu

Sumqayıtda “Aprel döyüşləri – tariximizin yeni qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

Press-relizlər
10.04.2018 / 15:16
Ətraflı oxu

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində iştirak etmişdir (Foto)

Xəbərlər
25.07.2013 / 10:03
Ətraflı oxu

DQİDK sədri ABŞ-nin Yuta ştatından gələn nümayəndə heyəti ilə görüşüb

Press-relizlər
24.05.2023 / 12:51
Ətraflı oxu