İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün keçiriləcək müsahibənin vaxtı və yeri bəlli oldu

Xəbərlər / 27.07.2022 / 17:48

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçiriləcək İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə avqust ayının 2-dən etibarən başlayacaq.

Qeyd edək ki, Azərbaycanda  İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün bu il 24 may - 24 iyun tarixlərində sənəd qəbulu aparılıb. 39 vakant vəzifənin tutulması üçün 270  namizədin sənədi qeydə alınıb.

Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında (Bakı şəhəri, Məhəmməd Naxçıvani 29) təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat veriləcək.

Müsahibə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır. Hər bir namizəddən ona bildirilmiş vaxtda müsahibə keçiriləcək ünvana gəlməsi xahiş olunur.

Son baxılan xəbərlər

Komitə sədri Argentinanın “canal a” televiziyasına müsahibə verib

Press-relizlər
22.04.2021 / 10:38
Ətraflı oxu

Salyanda “Şəhadət” sənədli filminin nümayişi olub

Press-relizlər
16.02.2018 / 16:14
Ətraflı oxu

DQİDK və Kəlbəcər RİH-in təşkialtçılığı ilə “Dini təhsil, dini tərbiyə və dünyəvilik” mövzusunda tədbir ...

Press-relizlər
12.06.2019 / 15:24
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Misir Mədəniyyət Mərkəzində olub

Press-relizlər
07.09.2018 / 15:51
Ətraflı oxu

Bölgələrdə “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti tədbirlər keçirilib

Press-relizlər
11.11.2015 / 16:55
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-da səfərdədir

Xəbərlər
15.07.2019 / 10:34
Ətraflı oxu