Bölgələrdə qarşıdan gələn Məhərrəm ayı ilə bağlı tədbirlər keçirilib

Press-relizlər / 27.07.2022 / 15:18

Qarşıdan gələn Məhərrəm ayı ilə bağlı tədbirlər keçirilir.

İyulun 27-də Bakı şəhərinin Qaraçuxur qəsəbəsində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Amal Məlikov, şöbənin əməkdaşı Aqil Əlisoy, Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Azad Əzizov, Qaraçuxur bələdiyyəsinin sədr müavini Arif Şahmuradov, dini icma sədrləri və din xadimləri iştirak edib.

DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsi, Saatlı Rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə isə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşları Elvin İbrahimov, Cəfərsadiq Cəfərli, Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Əzizov, rayon Polis şöbəsinin rəis müavinləri Fuad Məmmədov, Əjdər Əliyev, rayonun din xadimləri və dini icma sədrləri iştirak ediblər.

İyun ayının 27-də daha bir tədbir Kürdəmir şəhər İmam Rza məscidində keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Seyfəli Umarov, Qafqaz Müsəlmanları İdarəsinin bölgə üzrə səlahiyyətli nümayəndəsi Füzuli Cəfərov və din xadimləri iştirak ediblər.

Çıxışlarda əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi söylənilib. İslam dininin mənəviyyatımız, mədəniyyətimiz, mental dəyərlərimizlə bağlı olduğu,  bu gün hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin üzərinə dinimizi, milli-mənəvi dəyərlərimizi düzgün öyrənmək və təbliğ etmək kimi məsuliyyətli bir vəzifənin düşdüyü qeyd edilib. Eyni zamanda Məhərrəm ayı ilə bağlı tədbirlərin mövcud qanunvericiliyə uyğun şəkildə keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Son baxılan xəbərlər

Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu müzakirə olunub

Press-relizlər
26.04.2017 / 17:12
Ətraflı oxu

Qubada Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

Press-relizlər
22.02.2019 / 16:16
Ətraflı oxu

Biləsuvarda dini ekstremizmə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
17.02.2018 / 13:20
Ətraflı oxu

Dini Komitənin yeni regional şöbələri yaradılacaq - EKSKLÜZİV

Açıqlama
23.10.2014 / 17:45
Ətraflı oxu

Məhərrəmlik tədbirləri qanunvericiliyə uyğun keçirilməlidir

Press-relizlər
18.09.2017 / 15:46
Ətraflı oxu

Goranboyda “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda tədbir keçirilib

Heydər Əliyev İli
01.02.2023 / 16:24
Ətraflı oxu