Prezident İlham Əliyev: "Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq"

Xəbərlər / 26.07.2022 / 09:30

“Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir”. Bu fikirləri Prezident İlham Əliyev iyulun 25-də icra hakimiyyətlərinin yeni təyin olunan başçılarını qəbul edərkən bildirib. Şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərinin olduğunu diqqətə çatdıran dövlət başçısı bildirib ki, onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir: “Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı ilə maraqlansınlar, onların məşğulluğu ilə maraqlansınlar”.

“Biz bu Qələbəni onlara - şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxmadan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik”-deyən, Azərbaycan Prezidenti vurğulayıb ki, bu, dövlət siyasətidir və dövlətin gücüdür, vətəndaşlarımızın həmrəyliyidir: “Amma onu da heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraqlanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”.

(AZƏRTAC)

 

Son baxılan xəbərlər

Dövlət Komitəsində Türkiyə Vineyard kilsəsinin nümayəndələri ilə görüş keçirilib

Xəbərlər
23.07.2021 / 14:13
Ətraflı oxu

Bölgələrdə din xadimləri ilə görüşlər keçirilir

Press-relizlər
24.06.2022 / 09:29
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvası

Press-relizlər
14.09.2017 / 16:28
Ətraflı oxu

Balakən və Qaxda din xadimləri ilə görüş keçirilib

Xəbərlər
01.06.2022 / 11:55
Ətraflı oxu

Zaqatala, Balakən və Ağcabədidə Məhərrəm ayı ilə bağlı tədbirlər keçirilib

Press-relizlər
04.08.2022 / 15:57
Ətraflı oxu

Türkan qəsəbəsində maarifləndirici tədbir baş tutub

Press-relizlər
10.04.2017 / 16:40
Ətraflı oxu