
Press-relizlər / 22.07.2022 / 11:31
İyulun 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsi, Füzuli Rayon İcra Hakimiyyəti (RİH) və “Qayıdış” qəzetinin birgə təşkilatçılığı ilə Füzuli rayonunun Heydər Əliyev Mərkəzində “Milli-mənəvi dəyərlərin təbliği və dini maarifləndirmənin effektivliyinin artırılmasında medianın rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Füzuli Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri Bayram Niftəliyev, Qənimət Əliyev, Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı İlkin Bayandurov, Horadiz şəhəri “Əhli-Beyt” məscidinin imamı Nəriman Nəsirov, ictimaiyyət nümayəndələri və din xadimləri iştirak ediblər.
Çıxışlarda milli-mənəvi dəyərlərimizin təbliğindən bəhs olunub. Bildirilib ki, xalqımız hər zaman milli dəyərlərimizə sadiqliyini nümayiş etdirib və bu dəyərləri əsrlərlə yaşadaraq inkişaf etdirib.
Sonda seminar diskussiya şəklində davam etdirilib və iştirakçıların sualları cavablandırılıb.