Gəncədə və Güzdəkdə yerləşən hərbi hissələrdə “İslamda insan həyatının dəyəri” mövzusunda tədbirlər keçirilib

Press-relizlər / 21.07.2022 / 11:09

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyi arasında təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq iyulun 20-də Güzdək qəsəbəsində yerləşən “N” saylı hərbi hissədə “İslamda insan həyatının dəyəri” mövzusunda tədbir keçirilib.

DQİDK-nın Dini maaarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aqil Əlisoy, Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi Aslan Həbibov, hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə şəhərində də silsilə tədbirlər keçirilib. İyulun 21-də DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə N saylı hərbi hissələrdə “İslamda insan həyatının dəyəri” mövuzunda keçirilən tədbirlərdə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin müdir müavini Elmar Fətəliyev, hərbi hissənin nümayəndəsi Vurğun Məsimov, Gəncə şəhər Şah Abbas məscidi dini icmasının sədri Əlisəftər Səfərəliyev və hərbi qulluqçular iştirak ediblər. 

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən, həmçinin müqəddəs dinimiz olan İslam dinində insan həyatına verilən dəyərdən bəhs olunub.

Sonda hərbi qulluqçuların sualları cavablandırılıb.

 

 


Son baxılan xəbərlər

Zaqatalada Azərbaycanın dövlət müstəqilliyinin 104-cü ildönümü münasibətilə tədbir keçirilib

Xəbərlər
24.05.2022 / 17:05
Ətraflı oxu

Məşhur yevangelist Azərbaycan haqda yazdı:"...BÖYÜK İMKANLAR ÖLKƏSİ"

Press-relizlər
06.07.2018 / 09:58
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edib

Press-relizlər
23.10.2018 / 17:45
Ətraflı oxu

“Narkomaniyaya yox deyək” adlı onlayn tədbir keçirilib

Xəbərlər
27.07.2021 / 13:56
Ətraflı oxu

Mingəçevirdə dini icma rəhbərləri və din xadimlərinin iştirakı ilə görüş olub

Press-relizlər
13.10.2017 / 17:29
Ətraflı oxu

Millətə, ümmətə xidmət, Vətənə, dövlətə sədaqət

Müsahibələr
17.04.2023 / 09:43
Ətraflı oxu