
Press-relizlər / 20.07.2022 / 15:39
İyulun 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) və Xaçmaz rayonu Qımılqışlaq kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Milli birliyin möhkəmlənməsində mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev, Qımılqışlaq kənd məscidi dini icmasının sədri Səbuhi Nurəddinov, məscidin imamı Vəli Məmmədliyev, dini icma üzvləri və gənclər iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, mənəvi dəyərlər bir cəmiyyətdə tarixən formalaşan, əksəriyyət tərəfindən qəbul olunan və ictimai münasibətlərdə mühüm rol oynayan, insanların həyat tərzini, seçimlərini müəyyən edən dünyagörüşü və milli şüurun əmələ gəlməsində mühüm rol oynayan vacib komponentdir. Bildirilib ki, bu dəyərlər tarixin müxtəlif dönəmlərində insanların mənəvi, əxlaqi normaları və baxışlarının nəticəsi olaraq ortaya çıxmışdır. Bir xalqın milli kimliyinin qorunması, eləcə də milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərin rolu vardır.
Tədbir qarşılıqlı müzakirələr və sualların cavablandırılması ilə davam edib.